Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Misirdə prezidentə qarşı etirazlar davam edir


Misirdə prezident Mohammad Morsinin son fərmanına qarşı etirazlar davam edir.
Şənbə günü axşam Qahirədə, Ali məhkəmənin qarşısında yenidən atiraz aksiyası keçirilib.

Məlumatlara görə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Hakimlər Assosasiyası bütün məhkəmə orqanlarında işin dayandırıldığını bəyan ediblər.

Morsinin cümə axşamı verdiyi fərmana görə məhkə orqanları prezidentin qərarları və islamçıların çoxluq təşkil etdiyi və hazırda konstitusiya hazırlayan təsis yığıncağına nəzarət və ya müdaxilə edə bilməz.

Müxalifət lideri və Nobel sülh mükafatçısı Mohammad al Baradei fərmanı repressiv qərar adlandırıb.

Baradei şənbə günü digər aparıcı müxalifət nümayəndələri ilə görüşüb və bildirib ki, etirazlar hakimiyyətə qarşı dinc vətəndaş itaətsizlik kampaniyasınaçevrilə bilər.

Müxalifət və prezidentin tərəfini saxlayan “Müsəlman qardaşları” hərəkatı tərəfdarlarınçərşənbə axşamı kütləvi mitinqə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG