Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Bu gün Gəncədəki orta məktəblərdə dərs günüdür


Gəncədə Aşura mərasimi. 2011
Gəncədə Aşura mərasimi. 2011
-
Aşura günü ilə bağlı Gəncədə dindarlar İmamzadə türbəsinə, məscidlərə toplaşır. Şəhərin əksər yerlərindən dindarların İmamhüseyn, Zeynəb adı çəkilən mərsiyələri eşidilir.
Həftənin bazar günü olsa da məktəblilər kürəyində çantaları təhsil ocaqlarına yollanırlar. Bu gün Gəncə şəhərindəki bütün orta təhsil müəssisələrində dərs keçirilir.

Gəncə şəhər 11 saylı tam orta məktəbin qarşısında dərsdən çıxan azyaşlı məktəbli izah verir ki, müəllimləri İmamzadə türbəsinə getməsinlər deyə bu gün onları dərsə çağırıb. Elə 3-cü sinif şagirdinin valideyni Vüsalə də deyir ki, müəllimlər onlara belə məlumat veriblər.
" - Bu gün məktəb var?
-Hə var. Qətl gününə görə, salıblar. Biz ora getməyək deyə məktəbə çağırıblar.
- Neçə dərs keçdiniz?
- Üç dərs böyükləri saxladılar, balaca sinifləri buraxdılar”.

"BUNUN AŞURAYLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR"
Adının çəkilməsini istəməyən başqa bir valideyn narazılıq edir - “belə şey olmaz istədikləri qərarı verirlər. Bazar günü dərs keçmək olmaz. Nə qayda var, nə qanun”.
Gəncə şəhər 11 saylı tam orta məktəbin direktoru Təranə Hüseynova da etiraf edir ki, bu gün imtahanlar, olimpiadalar və dərslər təşkil olunub. Məktəb direktoru bunu Gəncə şəhər Təhsil idarəsinin göstərişi ilə reallaşdığını desə də Aşura günü ilə heç bir əlaqəsinin olmadığını vurğulayır.

«Dərsə mane olmamaq üçün bazar günü olimpiadalar təyin oluna bilər. Məktəbdə müstəsna hal kimi dərs də ola bilər. Ola bilsin hansısa tədbirlər olur. Yaxud hava şəraiti ilə bağlı hansısa səbəbdən dərslər keçirilmir. Onlar müxtəlif günlərdə əvəzlənə bilər. Bu müəssisə rəhbərindən asılıdır. Əgər zərurət varsa, bu ola bilər».

Bunu AzadlıqRadiosuna Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib.

Bayram Hüseynzadənin dərslərin Aşura günü ilə bağlı keçirilməsi haqqında deyilənlərə münasibəti belə olub: “Aşura gününün məktəbə nə aidiyyatı ola bilər ki? Kim istəsə, inancıdır, gedib iştirak edə bilər. Biz buna heç bir məhdudiyyət qoymuruq”.
Gəncədə adamların ən çox toplandığı yer isə İmamzadə türbəsidir. Dünən axşamdan bura yüzlərlə adam axın edir. Türkiyə və İrandan iri avtobuslarla ziyarətçilər də gəlir.
İmamzadədə türbəsində dindarlar ehsan süfrələri açıb, mərsiyə məclisləri qurublar.

Ancaq dindarlara bu asan başa gəlmir. Dindar Cəfər danışır ki, onun yoldaşlarının səsgücləndirici inventarları polis tərəfindən alınıb. Bir neçə yoldaşı isə yürüş etməsin deyə dünən axşamdan polis şöbəsinə aparılıb:

“Yürüş deyilən bir adət- ənənəmiz var. Ona qadağa qoyulub. Ötən il də, bu il də təzyiqlər edilir. Yürüşə icazə vermirlər. İmamzadədə dindarları polislər içəri buraxmır. Təmir işlərini bəhanə edirlər. 5 10 mağar tikiblər. İmamzadədə əhalinin ora daxil olmasına müəyyən qadağalar qoyulub. Bəzi məscidlərdə məscidlərin həyətində icazə verirlər. Dindarlardan səsgücləndiricilər alınıb. Hazırda 2 nəfər polis idarəsində saxlanılır. Digərləri dindirilib buraxılıb. Hər şey polislərin müşayəti ilə keçir”.
Qətl sınandan sonra da Gəncədə polislər təhlükəsizlik tədbirlərini davam etdirir. Kütləvi şəkildə İmamzadə türbəsinə daxil olanlar sorğu sual edilib sonra içəri buraxılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG