Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

V. Talıbov tullantıdaşıyan və çirkab suları soran avtomobilə baxış keçirib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

8 sentyabr 2012-ci il. Sayı: 170(20.575)


KARATEÇİLƏRİMİZ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏN MEDALLARLA QAYITMIŞLAR

Bu günlərdə Şəki şəhərində Azərbaycanın Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasının 52-ci ildönümü münasibətilə karate – do üzrə açıq Azərbaycan birinciliyi keçirilmişdir. 200-ə yaxın idmançının iştirak etdiyi birincilikdə Naxçıvan Muxtar Respublikası Karate – do Federasiyasının 11 nəfərdən ibarət yığma komandası da iştirak etmişdir. Təmsilçilərimizdən 14 yaş qrupunda olan idmançılar arasında 45 kiloqram çəkidə yarışan Xəzər Əliyev ən yüksək nəticəni göstərərək qızıl medal qazanmışdır. Birincilikdə 16 yaş qrupunda mübarizə aparan karateçilərin yarışı da idmançımız üçün uğurlu olmuşdur. Belə ki, bu yaş qrupunda 75-80 kiloqram çəkidə muxtar respublikamızın idman şərəfini qoruyan Mircavid Seyidzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Beləliklə, muxtar respublikamızın idmançıları karate – do üzrə açıq Azərbaycan birinciliyindən 3 qızıl və 3 gümüş medalla qayıtmışlar. Yarışda fəxri yerləri tutan karateçilərimizə kubok, diplom və medallar təqdim olunmuşdur.

NAXÇIVAN ŞƏHƏRİNDƏ YÜK AVTOMOBİL PARK KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞ, KOMMUNAL TƏYİNATLI AVTOMOBİLLƏRƏ BAXIŞ KEÇİRİLMİŞDİR

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yük Avtomobil Park Kompleksinin ərazisində muxtar respublikamızda gətirilmiş yeni kommunal təyinatlı avtomobillər və yol – tikinti texnikalarına baxmışlar.

Bildirilmişdir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə 6 ədəd “JAK” markalı və 2 ədəd “Volvo” markalı məişət tullantılarını daşıyan maşın, 2 ədəd çirkab suları soran avtomobil və 280 ədəd konteyner – tullantı qutuları alınaraq muxtar respublikamıza gətirilmişdir.

“Volvo” markalı tullantıdaşıyan maşının bunkeri 7 ton yük götürə bilir. Sürücü kabinəsindən asanlıqla idarə olunan avadanlıq məişət tullantılarını doğrayıb presləməyə imkan verir. Silind formaya malik bunkerin qapağı bağlanır ki, bu da tullantının ətrafa dağılamasının qarşısını alır. Avtomobilin dönmə radiusu 7,2 metrdir və bu, şəhər şəraitində onun manevrliyini artırır. “JAK” markalı məişət tullantıları daşıyan avtomobillər də yüksək texniki göstəricilərə malikdirlər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Kəngərli Rayon İcra Hakimiyyətində müşavirə
- Azərbaycan kinosunun ilk qadın rejissoru

Şərhləri göstər

XS
SM
MD
LG