Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:51

Azərbaycanda Aşura qeyd edilib - [Video]


Bakıda Aşura günü
Gözlə
Embed

No media source currently available

0:00 0:06:16 0:00

Bakıda Aşura günü

-
Bu gün Aşura günü bağlı Bakıda yeddi, bölgələrdə isə altı məsciddə qanvermə aksiyaları keçirilib.
Qanvermə aksiyaları Bakıdakı Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində keçirilib.
Bakının Nardaran kəndində keçirilən Aşura mərasimdə yüzlərlə adam iştirak edib. AzadlıqRadiosu müxbirinin verdiyi xəbərə görə, mərasimdə hicaba azadlıqla bağlı şüarlar səsləndirilib. Nardaran kəndinin girişində polislər var. Polis mərasimə müdaxilə etməyib.
Gəncədəki İmamzadə türbəsinə yüzlərlə dindar yığışıb. Mərsiyələr oxunur, ehsan verilir. Gəncədəki mərasimlərdə İran və Türkiyədən gələn ziyarətçilər də iştirak edir. Polis əraziyə nəzarət edir. AzadlıqRadiosunun müxbirinin məlumatına görə, polis dəstə-dəstə gələn adamları sorğu-sual edir, üstlərini yoxlayandan sonra mərasimdə iştirak etmələrinə icazə verir.
XS
SM
MD
LG