Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Balıqçılardan birinin cəsədi tapılıb


Noyabrın 24-də axşam Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisindən 4 nəfər – Vüsal Əkbərov (1981-ci il) , Əkbər Əkbərov ( 1991-ci il), Seymur İlyasov (1987-ci il) və Rəsul Səlimov (1982-ci il) mühərrikli qayıqla dənizə çıxıblar.

Balıq tutmaq istəyən gənclər geri qayıtmayıblar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə baş verən gün axtarışa başlayıb.

Gecə saatlarında Vüsal Əkbərovun cəsədi və balıqçıların dənizə çıxdıqları qayığı ləpə sahilə çıxarıb. Hazırda digər 3 balıqçının axtarışı davam etdirilir.

Axtarışa Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri də cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG