Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

İsrail Fələstin balıqçılarına məhdudiyyəti götürüb


İsrail barışıq çərçivəsində Qəzzədən olan Fələstin balıqçılarına qarşı tətbiq etdiyi bir sıra məhdudiyyətləri götürüb.

Ötən çərşənbə Misirin vasitəçiliyi ilə İsraillə Həmas qrupu arasında atəşkəs əldə edilib.

İndi Fələstin balıqçıları əvvəlki kimi sahildən 3 yox, 6 dəniz mili məsafəsində balıq ovlaya bilərlər.

Bu barədə Həmas hökumətinin rəhbəri İsmail Haniyeyə Misir kəşfiyyatının rəhbəri məlumat verib.

İsrail hələlik məsələyə münasibət bildirməyib.

İsrail 2007-ci ildə, Həmas Qəzzəyə nəzarəti ələ keçirdikdən sonra Qəzzə sahili boyu 300 metrlik təhlükəsizlik zonası tətbiq etmişdi.

Bu günlərdə 8 günlük son İsrail-Fələstin münaqişəsində 168 fələstinli və 6 israilli ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG