Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:02

Rusiyalı fizik Vladimir Danilov adını təmizə çıxaracağını deyir


Bu gün həbsdən azad edilmiş rusiyalı fizik Vladimir Danilov təmiz adı uğrunda mübarizəni və elmi fəaliyyətini davam etdirəcəyini bildirib.

Bu barədə Azadlıq Radiosunun müxbiri xəbər verir.

O yaxın bir neçə gün ərzində həyat yoldaşının yaşadığı Novosibirskdə qeydiyyata düşməlidir.

Krasnoyarsk rayon məhkəməsi noyabrın 13-də Çinin xeyrinə casusluq ittihamı ilə məhkum edilmiş fizikin vaxtındanəvvəl-şərti azadlığa buraxılması ilə bağlı müraciətini təmin edib.

Krasnoyarsk universitetindəki fizika mərkəzinin keçmiş rəhbəri Danilov 2001-ci ildə dövlət sirrini yayma ittihamı ilə saxlanmış, 2004-cü ildə isə 14 il həbsə məhkum edilmiş, sonra isə bu müddət 1 il azaldılmışdı.

Danilovun elədiyi kəşvin məxviliyi hələ məhkəmədən 8 il əvvəl götürülsə də ona casusluq ittihamı irəli sürülüb.
XS
SM
MD
LG