Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:29

Komissiya Heydər Əliyevə qarşı nəticə çıxarır


Heydər Əliyevin Meksika paytaxtındakı heykəli
Heydər Əliyevin Meksika paytaxtındakı heykəli
-
Heydər Əliyevin Meksika paytaxtındakı heykəli yerindən götürülməlidir. Mexiko şəhər rəhbərliyinin heykəllə bağlı təsis etdiyi ekspertlər qrupunun gəldiyi nəticə belədir.

«Associated Press»in müxbiri Mark Stevenson xəbər verir ki, Heydər Əliyevin stalinsayağı abidəsini Azərbaycanın Meksikadakı səfirliyi maliyyələşdirib. Abidənin qoyulduğu şəhər parkının abadlaşdırılmasına isə 5 milyon dollar xərc çəkib.

Heydər Əliyevin Meksika paytaxtında heykəli ucaldılandan sonra bir qrup fəal etirazlara başlayıb. Heykəlin götürülməsini tələb edən qrup üzvlərinin əsas arqumenti Heydər Əliyevin şəxsiyyəti, onun kommunist və avtokrat lider olmasıdır. Oktyabrda şəhər bələdiyyəsi məsələni araşdırmaq üçün 3 nəfərdən ibarət xüsusi komissiya yaradıb.

Komissiyanın üzvlərindən Guillermo Osorno deyib ki, «vətəndaşların və qonşuluqda yaşayanların əksəriyyətinin fikrincə, Heydər Əliyevin heykəli Reforma Bulvarındakı rəmzi nöqtədən götürülməlidir».

Komissiya qərara gəlib ki, gələcəkdə bu cür təkliflərə baxılması üçün vətəndaşlar şurası yaradılmalıdır.

«Biz inanırıq ki, heysiyyətə toxuna biləcək və ya beynəlxalq aləmdə mübahisəli olan məsələlər barədə birtərəfli rəy əsasında küçələrə ad verilməsi və ya abidələr ucaldılması yolverilməzdir», - deyib Osorno.

AP-yə müsahibəsində yazıçı və insan haqları fəalı Homero Aridjis isə deyib ki, hökumət Azərbaycandan aldığı pulu geri qaytarmalıdır.

SƏFİRLİK ERMƏNİ DİASPORUNU GÜNAHLANDIRIR

Azərbaycanın Meksikadakı səfirliyi komissiyanın tövsiyələrinin bəzilərini qəbul etməsə də, şəhər hakimiyyəti ilə hamını razı salacaq qərarın qəbulu üçün müzakirəyə hazırdır:

«Bilirik ki, hazırkı vəziyyət Azərbaycanın ümummilli liderinin işini, həyatını və əməllərini gözdən salmaq istəyən Ermənistan hökuməti və yerli erməni diasporu tərəfindən yaradılıb», - səfir İlqar Muxtarov deyib.

Mexiko şəhər meriyasının adıçəkilən komissiyanın tövsiyələrini qəbul edib-etməyəcəyi barədə açıqlama verməyib.

«Los Angeles Times» qəzetinin müxbiri Tracy Wilkinson isə yazır ki, komissiya Heydər Əliyevin abidəsini «daha münasib bir yerə köçürməyi» təklif edib.

Qəzetin yazdığına görə, Azərbaycan səfiri İlqar Muxtarov yerli ispandilli «La Razon» qəzetinə deyib ki, abidənin götürülməsi iki ölkə arasında diplomatik münasibətlərə təsir göstərə bilər.

Səfir Meksika üçün ayrılmış 4 milyard dollarlıq investisiyanın da ləğv oluna biləcəyindən söz açıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG