Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:13

Suriya Türkiyənin istəyini təxribat adlandırıb


Suriya Türkiyənin NATO-ya müraciətini təxribat adlandırıb.

Qeyd edək ki, Türkiyə bu günlərdə NATO-ya müraciət edərək ərazisində, Suriya sərhədləri boyunca "Patriot" raketləri yerləşdirilməsini xahiş edib.

Ankara bunun səbəbini Suriyadan mümkün hücumların qarşısının alınması ilə izah edir.

Suriya ilə Türkiyə arasında 900 kilometr uzunluşunda sərhədd var.

Həmçinin Rusiya Türkiyənin bu planından narahatlıq bildirib.

Ankara Suriya münaqişəsində müxalifətin, Moskva isə Bashar Assad rejiminin tərəfini saxlayır.
XS
SM
MD
LG