Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Misirdə toqquşmalar olub


Misirin müxtəlif şəhərlərində polislə nümayişçilər arasında toqquşmalar olub.
Buna səbəb prezident Mohammad Morsinin cümə axşamı səlahiyyətlərini genişləndirməsi olub.

Prezidentin fərmanında bildirilir ki, məhkəmə orqanları indən belə milli məclisi buraxa və ya prezidentin fərmanlarəna nəzarət etə bilməz.

Artıq Morsinin bir neçə müşaviri buna etiraz olaraq istefa verib.

Polis ötən gecə Qahirədə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Port-Səid, Süveyş və İskəndəriyyədə güclü toqquşmalar olub.
Nümayişçilər “Müsəlman qardaşları” hərəkatının yerləşdiyi binanı mühasirəyə alıblar.

Qeyd edək ki, prezident Mohammad Mersi bu hərəkatı təmsil edir və onlar parlamentdə çoxluq təşkil edirlər.

İslahatçılar Morsini diktatorluqda və keçmiş rejimin devrilməsi ilə nəticələnən inqilaba hörmətsizlikdə günahlandırırlar.

Morsu və onun tərəfdarları isə hesab edir ki, inqilabı keçmiş prezident Hosni Mubarakın tərəfdarlarından qorumaq üçün prezidentin səlahiyyətlərini artırmaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG