Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:49

Tehran Vaşinqtonu təxribatçılıqda günahlandırır


İran ABŞ-ın hərbi hava gava qüvvələrini Fars körfəzi və Oman dənizində təxribatçılıqda ittiham edib.

İranın BMT-ki elçisi Mohammad Khazaee cümə günü bildirib ki, ABŞ-ın hərbi hava qüvvələri İranın hava məkanını dəfələrlə pozub.

BMT-nin baş katibi Ban Kİ Moon və təhlükəsilik şurasına ünvanlanmış məktublarda oktyabrda Buşəhr sahillərində 7 belə uçuş edildiyi, həmçinin noyabrın 1-də ABŞ-ın pilotsuz
tyyarəsinin İran sərhəddini pozduğu bildirilir.

Tehran bu cür hərəkətlərin beynəlxalq qanunlara zidd olduğunu bildirilir və BMT-ni
Vaşinqtona xəbərdarlıq etməyə şağırır.

Məktubda həmçinin istənilən təxribatçı hərəkətin pis aqibətlə qurtaracağı xəbərdarlıq edilir.
Ağ ev hələlik məsələyə münasibət bildirməyib.
XS
SM
MD
LG