Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

Dövlət başçısı Meksikanın adının dəyişdirilməsini istəyir



Meksikanın hazırkı prezidenti Felipe Calderon ölkə konstitusiyasına müraciət edərək dövlətin adının dəyişdirilməsini təklif edir. Calderon ölkəsinin Meksika Birləşmiş Ştatları deyil, sadəcə Meksika adlandırılmasını istəyir.

Meksika Birləşmiş Ştatları 1824-cü ildə İspaniya müstəmləkəsindən ayrılaraq öz müstəqilliyini elan edib. Özünün güclü şimal qonşusunu yamsılayaraq o zaman ölkənin adını da Meksika Birləşmiş Ştatları qoyublar.

Amma bu ölkə hazırda nadir hallarda, yalnız rəsmi sənədlərdə, hökumət materiallarında Meksika Birləşmiş Ştatları adlandırılır. Böyük əksəriyyət onu sadəcə Meksika kimi tanıyır.
Calderon bu il dekabrın 1-də hakimiyyəti yeni prezident seçilmiş Enrique Nieto-ya təhvil verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG