Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:14

Lavrov Suriya-Türkiyə sərhədinə Partriot sistemlərin yerləşdirilməsindən narahat olduğunu deyir


Türkiyənin NATO-ya müraciət edərək Suriya ilə sərhədə müdafiə raketləri yerləşdirilməsi barədə xahişini Dəməşq Ankaranın təxribatı adlandırır. Suriyanın dövlət televiziyası noyabrın 23-də adını çəkmədiyi Xarici İşlər Nazirliyi rəsmisinə istinadla Türkiyəni “təxribatçı addım” atmaqda ittiham edib.

Türkiyə bu həftənin əvvəlində üzvü olduğu NATO-ya rəsmi məktub göndərərək 900 kilometr sərhədi boyunca Suriyadan təhlükələr gözlədiyini, buna görə həmin sərhəd ərazilərə Patriot sistemlərinin yerləşdirilməsini xahiş edib. Həmin sistem kənardan atılan raketlər və hava sərhədini pozan təyyarələrə qarşı istifadə edilir.

Suriya rejiminin ən böyük dəstəkçisi olan Moskva da Türkiyənin bu istəyini NATO-nun Suriya münaqişəsinə cəlb edilməsinə cəhd adlandırıb. Bu gün Banqladeşdə səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov regiona həddən artıq silah cəmləşdiyini, bunun risklərinin artdığı üçün Partiot sistemlərin yerləşdirilməsi qarşı çıxdıqlarını bildirib:

- Türkiyə-Suriya sərhədində baş vermiş hadisələrdən olduqca məyusuq. Orda gərginlik hələ qalır. Sürüşkən müstəvi ilə yeriyirik. Belə addımlarla biz özümüzə və münaqişənin siyasi yollarla həllinə dair vədlərimizə tələ qurmuş olarıq.

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu da elə bu gün jurnalistlərin suallarına cavabında deyib ki, NATO-dan istədikləri yalnız müdafiə təyinatlıq sistemdir və bunu Rusiya da yaxşı bilir:

- Bu, müdafiə xarakterli bir sistemdir. Heç bir ölkənin, xüsusilə də Rusiyanın bundan bir narahatlıq keçirməsinə əsas yoxdur. Türkiyənin Suriya ilə 910 kilometrlik sərhədi boyunca hazırda ciddi toqquşmalar gedir. Həm milli səviyyədə, və alyans çərçivəsində təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüləcək. Rusiya çox yaxşı bilir ki, bu yalnız müdafiə xarakterli sistemdir.

NATO bildirib ki, Ankaranın Suriya ilə sərhədə Patriot sistemlərin yerləşdirilməsi ilə bağlı müraciəti tezliklə nəzərdən keçiriləcək. Artıq Hollandiya əlində olan belə sistemlərlə Türkiyəyəy yardım etməyə hazır olduğunu bildirib.
XS
SM
MD
LG