Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33
-
Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının bəyannaməsi qəbul olunub. Bəyannamədə deyilir ki, Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi qətnamələri dəstəkləyirlər.

-

“Azərbaycanın ərazi bütövlüyü pozulmamalıdır”, - bəyannamədə deyilir.

Trend-in məlumatına görə, təşkilat Cənubi Qafqazda qanunun aliliyi, sülhün və təhlükəsizliyin irəliləyişi, ölkədə demokratik strukturların gücləndirilməsi baxımından Azərbaycanın və Yeni Azərbaycan Partiyasının rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir.

Bəyannaməni ICAPP Daimi Komitəsinin üzvü, Pakistan senatoru Muşahid Hüseyn Səid səsləndirib.

Konfransın bağlanış mərasimində YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası Asiya partiyaları arasında dialoqun dərinləşməsinə xidmət edəcək. “Bu cür görüşlər ölkələrin siyasi həyatında böyük rol oynayan şəxslərin arasında münasibətlərin yaranmasına xidmət edir”, - o deyib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası noyabrın 22-də öz işinə başlayıb. Assambleyanın işində 35 ölkədən 200-ə yaxın nümayəndə iştirak edib.

Tədbirdə Ermənistanın sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Hovhannisyan da iştirak edib. Assambleyanin işini işıqlandıran KİV-lər yazır ki, o iclası pozmağa çalışıb. APA-nın məlumatına görə, Hovhannisyan gözlənilmədən tribunaya yaxınlaşaraq ona icazə verilmədən çıxış etmək istəyib. “Bu zaman iclasa sədrlik edən şəxslər onu intizama dəvət ediblər. Tədbir iştirakçıları olan Azərbaycan nümayəndə heyəti, həmçinin digər əksər ölkələrin nümayəndələri əllərini qarşılarındakı masaya döyəcləyərək erməni partiya sədrinin intizamsızlığına etiraz ediblər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG