Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

Misirdə hakim partiyanın ofisləri yandırıldı



Noyabrın 23-də Misirdə azı 3 şəhərdə hakim Müsəlman Qardaşlığı təşkilatının ofisləri yandırılıb. Hadisə Suveyş, İsmailiya və Port Said şəhərlərində törədilib. Bu gün həmçinin Misirin paytaxtı Qahirədə prezident Muhammad Morsinin tərəfdarları ilə əleyhdarları keçirdikləri etiraz aksiyasında üz-üzə gəliblər.

Aleksandirada da hər iki tərəfdən olan mitinqçilər arasında qarşıdurma yarandığı bildirilir.
Müxalifət ölkənin islamçı prezidenti Muhammad Morsinin konstitusiya dəyişikliyinə dair verdiyi qərara etiraz edir. Morsinin qərarı prezidentin səlahiyyətlərinin genişləndirilməsini, dövlət başçısının qərarlarının məhkəmə baxışına çıxarılmasını əngəlləməyi nəzərdə tutur.
Müxalifət fəalları Morsini diktatura hakimiyyəti qurmaqda və keçən ilkin inqilabın ideallarına qarşı addımlarda ittiham edirlər.

Müxalifət liderlərindən biri olan Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Muhammad ElBaradei bildirib ki, Morsi özünü Misirin yeni fironu təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG