Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

İsraildən Qəzzaya atəş açılıb


Bu gün Qəzza zolağında İsrail tərəfdən açılan atəş nəticəsində bir fələstinli ölüb, 10 nəfər yaralanıb.

Bu haqda yerli həkimlər məlumat verib. İsrail ordusu isə xəbəri təsdiqləməyib.

Bundan əvvəlki xəbərlərə görə, İsrail ilə Həmas arasında imzalanan atəşkəsdən sonra İsrail ordusu Qəzza sərhədindən çəkilməyə başlamışdı. Bununla belə ordu bir qrup əsgərin təhlükəsizliklə bağlı bölgədə qalacağını bildirmişdi.

İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, atəşkəs pozularsa, “yenidən əməliyyatlara hazır olacağıq. Daha sərt reaksiya gözləyən vətəndaşların olduğunu bilirəm. Onun üçün hazırıq”.

Qəzzadakı Fələstin hökumətinin baş naziri İsmail Haniye deyib ki, atəşkəs böyük məsuliyyətdir. Haniye deyib ki, “islam ölkələrinin və Türkiyənin reaksiyası İsrailin hücumları qarşısında Qəzzaya qələbə gətirib”.

Noyabrın 14-dən bir həftə əraində baş verən hücumlar nəticəsində 161 fələstinli və 6 israilli ölmüşdü.
XS
SM
MD
LG