Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:39

«Əldə etmək və saxlamaq» təşkilatının təmsilçiləri Naxçıvanda


-

Müşavirəni giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Abbasqulu Abbasov açmışdır. Bildirmişdir ki, avqust ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012 – 2013-cü illərin payız – qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə bir sıra tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrasının təmin olunması və rayon ərazisində payız – qış mövsümünə hazırlıqla əlaqədar müvafiq işlər görülmüş, bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qışın əsas qayğıları elektrik, qaz və su ilə bağlıdır. Ona görə də rayonda bu sahələrə xüsusi diqqət yetirilir. Payız – qış mövsümünün mütəşəkkil başa vurmaq üçün rayon Elektrik Şəbəkəsi tərəfindən yaşayış məntəqələrində hava xətləri dəyişdirilmiş, köhnə elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, transformatorların cari təmirinə diqqət artırılmışdır.

...Qeyd olunmuşdur ki, payız – qış mövsümünün uğurla başa çatdırmaq üçün rayon Suvarma Sistemləri İdarəsi də müvafiq tədbirlər həyata keçirmiş, idarənin tabeliyində olan 101 subartezian quyusundan 47-si təmir olunmuşdur. Bu istiqamətdə görülən işlər davam etdirilir.

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ YENİ BEYNƏLXALQ LAYİHƏLƏRDƏ İŞTİRAK EDƏCƏK

Avstriyanın “Əldə etmək və saxlamaq” (Gain-sustain) təşkilatının rəhbəri xanım Martina M.linzer və təşkilatın təmsilçiləri xanım Sabrina Şifrer, Vyana universitetinin müəllimi Xose Antonio Torres Naxçıvan Dövlət Universitetində olmuşlar. Ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq Azərbaycanın ən qədim ərazisi olan, sivilizasiyanın beşiyi sayılan Naxçıvan, 45 illik tarixi inkişaf yolu keçmiş Naxçıvan Dövlət Universiteti haqqında ətraflı məlumat vermişdir. Tədbirdə Avstriya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsindən, 2012-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Avstriyanın Ştiriya Federal Əyalətinə işgüzar səfərinin regionlararası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, 2010-cu ildə Naxçıvan Dövlət Universiteti ilə Qrats Kral Frantsenes Universiteti arasında imzalanmış memorandumu ali məktəblərin gələcək ikitərəfli əlaqələrinə geniş imkanlar açacaq.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Qulunçar müalicəvi bitkidir
- Türk xalqının zəfər günü
- Çəkilən zəhmətin sevinci
XS
SM
MD
LG