Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:01

Qəzzalı həkimlər İsrail tərəfdən açılan atəşlə fələstinlinin öldürüldüyünü bildirirlər


Qəzzadakı tibb işçiləri noyabrın 23-də İsrail əsgərlərinin açdıqları atəşlə bir fələstinlinin həlak olduğunu, 10 yeniyetmənin də yaralandığını bildirirlər.

İsrail ordusunun sözçüsü isə bu məlumatı hələlik təsdiqləyə bilməyəcəyini, yalnız sərhəddə fələstinlilərin qarışıqlı saldıqlarını bildiyini söyləyib.

Sözçü əsgərlərin havaya xəbərdarlıq atəşi açmağa məcbur olduğunu bildirir.

İsraillə Qəzzanı nəzarətdə saxlayan Həmas bir həftəlik qarşıdurmadan sonra yenicə atəşkəs razılığı əldə ediblər.
XS
SM
MD
LG