Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Avropa Birliyinin büdcəsini razılaşdırmaq mümkün olmayıb



Avropa Birliyinin 7 illik büdcəsini müzakirə edən liderlər noyabrın 23-də razılığa gələ bilməyiblər və müzakirələri davam etdirmək qərarına gəliblər. Brüsseldə keçirilən toplantıdan sonra Almaniya kansleri Angela Merkel jurnalistlərə deyib ki, bu həftəsonu razılaşmanın əldə edilməsini mümkün hesab etmir, onun fikrincə, daha uzunmüddətli danışıqlara ehtiyac var.

Fransa prezidenti Francois Hollande isə deyib ki, 2014-2020-ci illər üçün Avropa Birliyinin 1 trilyon avroluq büdcəsi qəbul oluna bilər.

Avropa məkanında iqtisadi problemlərə görə Birliyin büdcəsinin əsas mənbələri olan Almaniya, Britaniya kimi ölkələr xərclərin azaldılmasını istəyirlər. Amma Fransa birliyin daha kasıb ölkələrində kənd təsərrüfatına yardımların və inkişaf proqramlarına yardımların davam etdirilməsinə çağırır.

Avropa Birliyinə üzv olan 27 ölkənin hər birinin büdcənin qəbulunda veto hüququ var.

Günün bütün mövzuları

XS
SM
MD
LG