Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:01

Misirdə müxalifətin etiraz aksiyası başlayıb



Misirdə müxalifətin noyabrın 23-ə planlaşdırdığı etiraz aksiyası ərəfəsində paytaxt Qahirədə dövlət idarələrinin qarşısına təhlükəsizlik qüvvələri yerləşdirilib. Müxalifət ölkənin islamçı prezidenti Muhammad Morsinin konstitusiya dəyişikliyinə dair verdiyi qərara etiraz olaraq Tahrir Meydanında kütləvi aksiyaya keçirir.

Morsinin qərarı prezidentin səlahiyyətlərinin genişləndirilməsini, dövlət başçısının qərarlarının məhkəmə baxışına çıxarılmasını əngəlləməyi nəzərdə tutur.

Dünən bu qərarın əleyhinə və lehinə olan qrupların ayrı-ayrılıqda mitinqləri keçirilib.

Müxalifət fəalları Morsini diktatura hakimiyyəti qurmaqda və keçən ilkin inqilabın ideallarına qarşı addımlarda ittiham edirlər.

Müxalifət liderlərindən biri olan Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Muhammad ElBaradei bildirib ki, Morsi özünü Misirin yeni fironu təyin edib.
XS
SM
MD
LG