Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

Nicolas Sarkozy dindirilib


Fransanın keçmiş prezidenti Nicolas Sarkozy 2007-ci ildəki seçki kampaniyası ilə bağlı ifadə verib.

Sarkozy məşhur kosmetika şirkəti olan L’Oreal’-ın sahibi Liliane Bettencourtdan qanunsuz pul alma iddiası ilə bağlı ifadə verib.

Sarkozynin Fransanın ən varlı qadını Bettencourtdan 150 min avro ianə qəbul etdiyi iddia olunur.

Sarkozy bundan əvvəl qanunla müəyyən olunan məbləğ xaricində L’Oreal qrupundan maddi səstək almadığını demişdi.

Fransa qanunlarına görə, partiya kampaniyalarına 4600 avrodan artıq maddi yardım göstərilə bilməz.

Fransa mediası Nicolas Sarkozynin seçki kampaniyası dövründə Liviyanın devrilmiş lideri Muammar Gaddafidən də maddi yardım aldığını yazır.
XS
SM
MD
LG