Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:50

Elşad İskəndəov: “Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının prioritetləri sırasındadır”


-

Noyabrın 23-də İstanbulda keçirilən Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı başa çatıb. 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib.
Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun sənədin 1-ci maddəsində öz əksini tapıb. Bu haqda Dövlət Komitəsinin yaydığı məlumatda deyilir. Bəyannamədə bildirilir: “Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənirik”.
Komitə sədri Elşad İskəndərov isə AzərTac-a bildirib ki, Şuranın Avrasiya regionunun gündəmində olan Suriya və Fələstin kimi qaynar nöqtələrlə yanaşı, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı faktının qeyd edilməsi münaqişənin Avrasiya İslam Şurasının prioritetlərindəndir. “Bundan başqa, bu məsələnin məsuliyyətinin təkcə siyasətçilərin deyil, ictimai vicdanın da üzərində olduğu bəyanatda öz əksini tapıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG