Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

Misir prezidenti səlahiyyətlərini genişləndirir


Misir prezidenti Mohammad Morsi səlahiyyətlərinin genişləndirilməsi barədə fərman imzalayıb.

Fərmanı Morsinin mətbuat katibi dövlət televiziyası ilə bəyan edib.

O qeyd edib ki, bu yekun qərardır və ondan şikayət verilə bilməz.

Prezident həmçinin qərara alıb ki, indən belə məhkəmə orqanları milli assambleyanı buraxa bilməz.

Hazırda milli məclisdə prezidentin müttəfiqləri çoxluq təşkil edir.

O həmçinin baş prokuroru işdən azad edib və nümayişçilərin qətlində ittiham olunan keçmiş məmurların işinə yenidən baxılmasını göstəriş verib.
Müxalifət lİderi Mohammad al Baradei Morsini faraonçuluqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG