Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İgor Popov, Jacques Faure, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk işğal altında olan Dağlıq Qarabağda olublar.

Separatçıların lideri ilə görüş

Onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Sahakyanla görüşüblər.
AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ,
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb.

Ramill Səfərəov məsələsi


Məlumata görə, Saakyan Budapeştdə keçirilən hərbi təlim vaxtı erməni zabitini öldürmüş Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması barədə məsələ qaldırıb, həmsədrləri Azərbaycanı əməli yola çəkmək üçün konstrultiv addımlar atmağa çağırıb.

Xankəndi aeroportu

Xankəndi Hava limanının işə düşməsi ilə bağlı suala gəldikdə isə rusiyalı həmsdər İgor Popov deyib ki, bu hava limanının indiki şəraittdə açılması tərəflər arasında gərginliyə səbəb ola bilrə.

O eyni zamanda qeyd edib ki, bu məsələ mövcud qanun və təcrübələrə əsaslanaraq diplomatik yolla həll olunmalıdır.

Qeyd edək ki, Minsk qrupu bundan əvvəl bu məsələ ilə bağlı bəyanat yayaraq tərəfləri beynəlxalq qanunlar çərçivəsində hərəkət etməyə çağırıb.

Yerevana, sonra da Bakıya

Həmsədrlər cümə günü Yerevana, bazar ertəsi isə ordan Bakıya yollanacaqlar. Bu görüşlərdə nazirlərin Paris görüşündən sonra səslənən yeni ideyalar müzakirə olunacaq. Amma həmsədrlər bu ideyaların nədən ibarət olduğuna aydınlıq gətirməyiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG