Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

«Nigar üçün nə etməli?»


Nigar Yaqublu
Nigar Yaqublu
-
AXCP Gənclər Komitəsinin keçirdiyi tədbirdə bu sual dəfələrlə səsləndi.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) mətbuat mərkəzində toplaşanlar Nigar Yaqubluya necə kömək edə biləcəklərini müzakirə ediblər. Çıxış edənlər hakimiyyətin olayla bağlı siyasətinə etiraz edərək Nigarın üzləşdiyi olayın vəzifəli məmur balalarının da başına gəldiyini, amma onlarla belə sərt davranılmadığını vurğulayıblar.

Nigar Yaqublunun vəkili Nemət Kərimli bu ilin ilk yarısında 730-a yaxın bənzər qəza qeydə alınsa da, bunlardan yalnız 41-i barədə həbs qətimkan tədbiri seçildiyini söyləyib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu məsələnin Gülər Əhmədova olayı ilə eyni vaxta düşməsinə diqqət çəkib. O, bildirib ki, məqsəd bununla demokratik düşərgədə olan qadınları gözdən salmaqdır:

«Bizə dəqiq məlumdur ki, Nigarın həbsi siyasi motivlərlə bağlıdır. Nigarın həbsinə qarşılıq ən yaxşı hərəkət Nigarla həmyaşıd xanımların həmrəyliyi olardı. Bu, həm də cəmiyyətdə qadınların fəallaşmasına yol aça bilər».

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, həm rəhbərlik etdiyi təşkilat, həm də Sülh və Demokratiya İnstitutu olaydan dünya mediasının, beynəlxalq təşkilatların, tanınmış şəxslərin xəbər tutmasına çalışıb:

«Müxtəlif təşkilatlarla əlaqə saxlayıb, məlumatları bölüşmüşük. Müdafiəni izləyirik. Bu problem haqqında xaricdə məlumat azdır».

«HAKİMİYYƏT GƏNCLİYİ SINDIRMAQ İSTƏYİR»

AXCP sədrinin müavini Gözəl Bayramlı da həbsin siyasi xarakter daşıdığını deyib:

«Belə qəzalardan heç kim sığortalanmayıb. Hakimiyyət bundan istifadə edərək Yaqublular ailəsinə hücuma keçib. Bu ailə siyasətin içindədir, aksiyalarda çox fəaldırlar... Nigarın müdafiəsi ilə bir neçə qurum yox, bütövlükdə cəmiyyət maraqlanmalıdır. Hakimiyyət mübarizə aparan gəncliyi sındırmaq istəyir, gözünü qorxutmaq istəyir».

Gözəl Bayramlı sosial şəbəkələrdə müdafiənin də önəmli olduğunu vurğulayıb.

Tədbirdə Müsbət Dəyişiklik Gənclər Hərəkatının üzvləri Nigar Yaqublunu müdafiəyə çağıran dəstək açıqcaları payladılar. Həmrəylik arzuları yazılandan sonra həmin açıqcalar Nigar Yaqubluya çatdırılacaq.

N.Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «KAMAZ» markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi bildirilir. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG