Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:17

Moskva Türkiyənin NATO-ya müraciətindən narahatdır


Moskva Natonun Türkiyə-Suriya sərhəddində Patriot raketləri yerləşdirməsinin mümkünlüyünə qarşı çıxır.

Belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukashevich çıxış edib.

NATO-nun məlumatına görə, Ankara Suriya tərəfdən mümkün hücumların qarşısını almaq üçün dünən alyansdan rəsmi şəkildə ərazisində bu cür sistemlər yerləşdirilməsini xahiş edib.

Lukashevich bu addımın regionda sabitliyə xidmət etməyəcəyini deyir.

NATO-nun baş katibi Anders Fogh Rasmussen Türkiyənin müraciətinin tezliklə müzakirə ediləcəyini deyib.

NATO çərçivəsində yalnız ABŞ, Almaniya və Niderlandda bu cür sistemlər var.
XS
SM
MD
LG