Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:27

İvanishvilinin növbəti xarici səfəri Azərbaycana ola bilər


Bidzina Ivanishvili

Bidzina Ivanishvili

Gürcüstanın baş naziri Bidzina İvanişvili növbəti xarici səfərini Azərbaycana edə bilər.

APA-nın məlumatına görə, baş nazir bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-a nəzərdə tutulmuş səfəri təxirə salındığından, növbəti səfəri çox güman ki Azərbaycana olacaq.

O qeyd edib ki, bu səfər Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətimizdən xəbər verir.

Sitat:

“Düzdür, Azərbaycanla indi də xoş münasibətlərimiz var, lakin biz bunu daha da yaxşılaşdırmaq istəyirik. Başqa bir tərəfdən isə Azərbaycan Gürcüstana qazı “çox maraqlı qiymətə” nəql edir və Gürcüstan xalqı buna görə Azərbaycana çox minnətdardır.
Göstərdiyi köməyə və əməkdaşlığa görə Azərbaycana minnətdaram”.

Sitatın sonu.

Günün bütün mövzuları

XS
SM
MD
LG