Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16
-
Lənkəran rayonu, Lənkəran kənd sakini Hidayət Əliyev «Qaynar xətt»imizə yazıb. O, iş vaxtı xəsarət aldıqdan sonra işdən çıxarıldığını, əmək hüquqlarının pozulduğunu, ona yardım olunmadığını yazıb:

«Uzun müddət «Gilan» İnşaat Şirkətində traktorçu işləmişəm. 2010-cu ilin iyul ayının 10-da şirkətin cənub bölgəsindəki baş prorabı məni işdən ayırıb tapşırdı ki, traktoru saxla, get, Astarada gömrüyün sahəsində fəhləlik elə. Mən getmək istəmirdim, dedi, getməsən, səni işdən qovacam. Mən də məcbur olub getdim. Həmin ayın 17-də öz fəhləliyimi edərkən yol hamarlayan «qredel» sol ayağımın üstünə çıxdı. Ayağım iki yerdən qırıldı. Məni Lənkəran Mərkəzi Xəstəxanasına apardılar. 3 ay xəstəxanada müalicə olundum. Xəstəxanadan çıxandan sonra 2 ay da ev şəraitində müalicə aldım. 2012-ci ilin may ayında «Gilan» İnşaat şirkətinin cənub bölgəsi üzrə sahə rəisi məni işdən çıxartdı».

Hidayət Əliyev yazır ki, başına gələnlər az imiş, üstəlik, işdən çıxarılması onu məyus edib. Bakıya üz tutub və Baş Prokurorluğa «Gilan» İnşaat Şirkətinin işçilərinin hərəkətlərindən şikayət edib.

«Gilan Holdinq»in hüquq şöbəsinin müdiri Vüsal Dadaşov deyir ki, əksər hallarda inşaatda işləyən fəhlələr sifarişçi şirkətlə icraçı şirkətləri səhv salırlar.

««Gilan İnşaat»la işləyən icraçı şirkətlər var. Çox vaxt fəhlələr özləri də həmin şirkətlərlə işləyə-işləyə elə bilirlər ki, «Gilan»ın işçiləridir. Yaxşı olar ki, bu şəxs «Gilan İnşaat»ın rəhbərliyinə rəsmi məktubla müraciət etsin və rəsmi cavab alsın. Bu cavabla razılaşmazsa, məhkəməyə versin. Bəzən elə olur ki, fəhlələr Əmək Müfəttişliyə də müraciət edirlər, biz məsələni yoluna qoyuruq».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG