Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

«Asfalt döşəyəndə kanalizasiya xətlərini ləğv ediblər»


Xaçmazın Alı Mustafayev küçəsi

Xaçmazın Alı Mustafayev küçəsi

-

YAĞIŞ YAĞANDA SU DİZƏ QALXIR

Xaçmazda şəhərin mərkəzinə yaxın hesab olunan Alı Mustafayev küçəsinin sakinləri yağış yağanda yolların keçilməz olmasından şikayətlənirlər. Onlar deyirlər ki, yağış başlayanda küçələrdə və yollarda su dizə qalxır. Yolun bu tərəfindən o biri tərəfinə keçmək üçün qonşu küçələrdən dolaşmalı olurlar.

Küçə sakini Şahvəddin Yusifov: «Bu küçədə arxlar düzəltmək lazımdır. Şəhər bələdiyyəsinə dəfələrlə demişik, xeyri yoxdur. Keçmiş bələdiyyə deyirdi ki, suyun harasa calanan yeri yoxdur. İndiki bələdiyyəyə müraciətimiz də cavabsız qalıb. Əgər yağış davamlı yağmasa, gördüyünüz bu su gölməçələri ən tezi 20 günə quruyacaq. Yağış davam edərsə həyətləri də su basacaq. Deyirlər kanalizasiya xətləri çəkəcəklər, ancaq nə vaxt olacaq, bunu deyən yoxdur».

«ÇƏKDİKLƏRİ ASFALTI YAĞIŞ DAĞITDI»

Şahvəddin Yusifov

Şahvəddin Yusifov

Digər sakin Tofiq Bədəlov: «4-5 ildir bura belədir. Əvvəllər arxlar vardı, asfalt döşəyəndə o arxları da bağladılar. Çəkdikləri asfaltı da yığılıb qalan yağış suları dağıtdı. Görün bu yoldan adam keçə bilər? Rayon rəhbərliyi dəfələrlə gəlib baxıb, ancaq tədbir görən yoxdur».

Xaçmaz Bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Turab Ələkbərov deyir ki, Alı Mustafayev küçəsində asfaltlama işləri aparılarkən ordan keçən kanalizasiya xəttini ləğv edib, üstünü asfaltlayıblar. İndi yağış sularının çıxarı olmadığına görə küçələrdə yığılıb qalır.

CAVABDEH İCRA HAKİMİYYƏTİDİR

Turab Ələkbərov: «Yağış sularının axıb gedəcəyi bir yer yoxdur. Hətta bələdiyyəyə müraciət olunubsa da, bələdiyyə o problemi necə aradan qaldıra bilər ki, orda kanalizasiya xətti yoxdur. Asfalt çəkilən zaman kanalizasiya xətti bərpa edilməli, ya da yenisi çəkilməli, sonra da asfalt tökülməli idi. İşlərini rahat etmək üçün xətləri ləğv etdilər, suların axıb getdiyi arxların üzərini doldurub, bağladılar».

Turab Ələkbərov

Turab Ələkbərov

Bələdiyyə sözçüsü deyir ki, küçədəki asfaltlanma işlərini Xaçmaz şəhər İcra Hakimiyyəti apardığına görə həmin küçədə baş verənlərə cavabdeh də bu qurumdur.

Xaçmaz şəhər İcra Hakimiyyətindən isə bildiriblər ki, Alı Mustafayev küçəsindəki arxları sakinlər özləri ləğv ediblər. Küçədə asfaltlanma işləri aparılarkən isə kanalizasiya xətləri çürüdüyünə görə onları fəhlələr ləğv edib. Həmin küçədə yeni kanalizasiya xətləri çəkiləcək. Ancaq niyə bunu asfaltlanma işlərinə qədər etməyiblər, şəhər icra hakimiyyətindən bu suala cavab tapılmadı.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG