Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:01

Romalılar Papanı güldürdülər


II Johan Pavel
II Johan Pavel
-

Romada II Johan Pavel-ə qoyulan abidədə dəyişiklik edilib.

Heykəli güldürüblər.

Xəbəri Associated Press yayıb.

4 metrlik bürünc abidə 2011-ci ilin mayında Romada ucaldılıb.

Şəhər vağzalının yaxınlığında qoyulan abidənin müəllifi Oliviero Rainaldi-dir.

Agentlik yazır ki, artıq şəhər ictimaiyyətinin tənqidinə səbəb olan abidə yenilənmiş halda köhnə yerinə qaytarılıb.

Abidə qoyulan gündən Vatikanın baş qəzeti olan «L'Osservatore Romano»nun da tənqidinə məruz qalıb.

GÖZƏTÇİ BUDKASINA BƏNZƏDİLƏN ABİDƏ

Tənqidçilər abidənin bədii dəyərinin olmadığını bildiriblər. Və əlavə ediblər ki, təsvir olunan adam daha çox Benito Mussolini-yə bənzəyir, nəinki II Pavel-ə. Abidənin özü isə bütövlükdə bombanı xatırladır.

Vatikan hətta abidəni gözətçi budkasına bənzədib.

(Oliviero Rainaldi-nin Papa heykəli "güldürülməmişdən" əvvəl)


Heykəltəraşın özü isə adamların onun fikrini başa düşmədiyini söyləyib.

Məsələ bundadır ki, II Pavel bürüncəyini açan yerdə təsvir olunub və heykəltəraş bu hərəkətlə Papanın hər bir insanın müdafiəsinə qalxdığını göstərmək məqsədi güddüyünü bəyan edib.

Müəllif sifət oxşarlığının onu çox da maraqlandırmadığını vurğulayıb.

Amma heykəli tökənlər məhz II Pavel-in sifət cizgisini dəyişməli olub.

ABİDƏNİN YENİLƏNƏSİ ÜÇÜN KOMİSSİYA YARADILIB

Yeni abidədə II Pavel-in üzünə təbəssüm əlavə edilib, indi onun boynu və çənə altı daha çox gözə çarpır.

Abidənin yenilənməsi üçün xüsusi komissiya yaradılıb. Heykəltəraşın eskizi gözdən keçirilərkən üzə çıxıb ki, heykəli tökənlər başlanğıcda qeyri-dəqiqliyə yol verib.

Associated Press heykəltəraşın yeni variantı çox bəyəndiyini qeyd edib. Elə şəhər əhalisi də yeniliyi alqışlayıb.

Amma abidəni bəyənməyənlər hələ də var.

Agentlik yazır ki, belələrinin fikrincə, abidə soyuducuya oxşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG