Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Qazaxıstan hakimiyyəti bəzi müxalifət partiyalarını və media orqanını bağlamaq istəyir


Qazaxıstan hakimiyyəti iki müxalif qrupu və bir neçə media orqanını ekstremist sayır və onların fəaliyyətini qadağan etmək istəyir.

Baş prokurorluğun sözçüsü Nurdaulet Suindikov bu barədə noyabrın 21-də jurnalistlərə deyib.

Alma-ata prokurorluğu məhkəmədən "İrəli" və "Xalq Cəbhısi" partiyalarının qeydiyyatının ləğvini istəyib. Suindikov deyib ki, müxalif yönlü "Respublika" və "Vzqlyad" qəzetlərinin, "K Plyus" televiziyasının və bir neçə online xəbərlər saytının bağlanmasını istəyirlər.

Ötən ay "İrəli"nin lideri Vladimir Kozlov ölkənin neft şəhərində ölümlə nəticələnən aksiyada mühüm rol oynayıb. O, hazırda bu ittihamla məhkum olunub.

Qazaxıstanın Jurnalistlər Birliyi və Alma-atada yerləşən "Adil Söz" media hüquqları qrupu prokurorluğu qeyri-qanuni addımlarda ittiham edib.
XS
SM
MD
LG