Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

İlham Əliyev 300-dən çox partiyanı birləşdirən qurumun sədri seçilib


İlham Əliyev

İlham Əliyev

-

İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının sədri seçilib.

«Media forum» saytı xəbər verir ki, qərar noyabrın 22-də VII Baş Assambleyanın Bakıda keçirilən toplantısında qəbul edilib.

Ötən baş assambleyanın sədri, Kamboca baş nazirinin müavini sədrliyi prezident İlham Əliyevin nümayəndəsinə - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təhvil verib.

Ramiz Mehdiyev prezidentin təbrik məktubunu assambleya iştirakçılarının diqqətinə çatdırıb.
Məktubda Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu qurum ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platforma adlandırılır. Bu qurumun sülhün və təhlükəsizliyin möhkəmlənməsində mühüm qərarlar qəbul edəcəyi vurğulanır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransını Qarabağ münaqişəsinin həllinə töhfə verməyə çağırıb.

Əli Əhmədov konfransın gənclər təşkilatının işini gücləndirmək üçün Asiya ölkələrinin gənclər birliyinin forumunu keçirməyi də təklif edib və deyib ki, YAP bu forumu Bakıda yüksək səviyyədə təşkil edə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG