Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

Pakistanda bomba partlayışı 23 adamı öldürüb


Pakistanda şiələrin mərasimində intiharçının partlatdığı bomba 23 adamı öldürüb. 60 nəfər yaralanıb.

Hadisə İslamabad yaxınlığındakı Ravalpindi şəhərində baş verib. Partlayış Məhərrəmlik ayında mərasimində törədilib.

Karaci şəhərində də bomba şiələrin məscidini zədələyib. Azı bir nəfərin öldüyü deyilir. Yaralılar var.

Taliban hər iki hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu ərəfədə İslamabadda 8 ölkə - Pakistan, İran, Misir, Türkiyə, İndoneziya, Malaziya, Nigeriya və Banqladeş təmsilçilərinin görüşü gözlənir. Onlar ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG