Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:18

Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülər cinayət işinin materiallarına əlavə edilib


-

Baş Prokurorluq Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülərlə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun rəsmi saytının məlumatına görə, fəaliyyəti dayandırılan universitetin sabiq rektoru Elşad Abdullayev tərəfindən KİV-də yayımlanan, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilən bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib.

Həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilib, dindirmələr aparılır və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, «təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bəzi KİV-lər hələ də bundan lazımi nəticə çıxarmırlar».
XS
SM
MD
LG