Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:54

İsraillə Həmasın atəşkəs barədə razılığa gəldirkləri bildirilir


Foto arxiv
Foto arxiv
İsraillə Həmasın atəşkəs barədə razılığa gəldirkləri bildirilir.

Bu barədə Misirin xarici işlər naziri Mohammad Kamel Amr məlumat verib.

ABŞ Dövlət katibi Hillari Clinton bu gün Qahirədə Misir prezidenti Mohammad Morsi ilə yaranmış vəziyyəti müzakirə edib.

O həmçinin bundan əvvəl İsrailin baş naziri Benjamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Öz növbəsində BMT-nin baş katibi Ban Ki Moon Ramallahda Abbasla ayrıca danışıq aparıb.

Bu gün İsrailin paytaxtı Tel-Əvivdə avtobusun partladılması nəticəsində 17 adam yaralanıb.
Buna görə cavabdehliyi Həmas üzərinə götürüb.
XS
SM
MD
LG