Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:32

Səfirlik Əliyevin heykəlinə etirazlara görə erməni icmasını ittiham etdi


Heydər Əliyevin Mexikodakı heykəli
Heydər Əliyevin Mexikodakı heykəli
-

Azərbaycanın Meksikadakı səfirliyinin ikinci katibi Cavanşir Salehov sabiq prezident Heydər Əliyevin Mexikodakı heykəlinə etirazlara görə erməni icmasını ittiham edib:

- Bu həm Meksika, həm müxtəlif Latın Amerikası ölkələrində, həm də ABŞ-da yaşayan erməni icmalarının birgə fəaliyyəti nəticəsində süni yaradılmış problemdir. Meksika bizimlə dost ölkədir, təbii ki, əgər erməni icmaları bu məsələni abartmasaydılar heç vaxt burda belə bir problemlər qalxa bilməzdi. Onlar Heydər Əliyevin ünvanına həmişəki kimi çox qərəzli, böhtan xarakterli məlumatlar yayırlar, çalışırlar ki, onları qəzetlərdə dərc etsinlər.

Şəhər fəallarının etirazlarından və “diktatorun heykəlini götürün!” tələblərindən sonra mer Azərbaycanın maliyyəsi hesabına qurulan parkda Heydər Əliyevin heykəlinin gələcək taleyi barədə rəy vermək üçün akademik və ekspertlərdən ibarət komissiya yaradıb.

Cavanşir Salehov deyir ki, komissiya hələ ki rəyini açıqlamayıb:

- Səfirliyimiz, burada yaşayan azərbaycanlılar da dərhal bütün bu məlumatları təkzib etməyə, Azərbaycan, onun reallıqları haqqında daha geniş məlumatlar verməyə çalışırıq.

Hazırda süni yaradılmış bu problemin həlli istiqamətdə iş gedir, Mexiko şəhərinin rəhbərliyi və ictimai ərazilər hakimiyyəti ilə birgə əməkdaşlıq edirik.

Həmçinin mətbuat orqanlarına ümummilli lider Heydər Əliyevin fəaliyyəti, dövlətçiliyimiz üçün onun misilsiz xidmətləri barədə məlumatlar veririk. Erməni icmasının yaydığı məlumatlar həmişəki kimi böhtandır, onlar Azərbaycan haqqında pis imic yaratmaq istəyirlər. Bu, Yalnız Meksikada deyil, bütün dünyada belədir.


- Yəni, heykəlin götürülmə ehtimalı varmı, vəziyyət hazırda hansı mərhələdədir?

- Biz düşünürük ki, heykəlin götürülməsi Meksika ilə Azərbaycan arasında münasibətlərə soyuqluq gətirər, ciddi xələl yetirər. Çünki elə hesab edin ki, Meksikanın hər hansı bir tarixi şəxsiyyəti, bu xalq, ölkə üçün böyük xidmətləri olan, xalq arasında hörməti olan bir insanın Azərbaycanda heykəli var. Azərbaycan hökuməti bu heykəli götürsə Meksika necə reaksiya verərdi?
XS
SM
MD
LG