Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

Türkiyə NATO-dan havadan müdafiə sistemi istəyib


Türkiyə NATO-dan ərazisində “Patriot” müdafiə raketləri yerləşdirilməsini istəyib.

NATO bildirib ki, Ankara özünü Suriyadan olan mümkün hücumlardan qorumaq istəyir.
Alyansın baş katibi Anders Fogh Rasmussen müraciətin tezliklə müzakirə ediləcəyini və bunun, münaqişənin NATO-nun cənub-şərq sərhəddi boyunca yayılmamasına kömək edəcəyini deyib.

NATO çərçivəsində yalnız ABŞ, Almaniya və Niderlandda bu “Patriot” sistemi mövcuddur.

NATO komandanlığının gələn həftə Türkiyəyə səfəri gözlənilir.
XS
SM
MD
LG