Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:36

Hillary Clinton Qahirədə prezident Mohammad Morsi ilə görüşüb


ABŞ Dövlət katibi Hillary Clinton Qahirədə Misir prezidenti Mohammad Morsi ilə görüşüb.
Görüşdə Qəzzədə atəşin dayandırılması yolları müzakirə olunub.

1 həftədir ki, Qəzzədə İsrail ordusu ilə Həmas qrupu arasında savaş gedir.

Bu müddət ərzində azı 146 fələstini və 5 israilli ölüb.

Hillary Clinton bundan əvvəl Yerusəlimdə İsrailin baş naziri Benjamin Netanyahu,
Ramallahda isə Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Həmçinin BMT-nin baş katibi Ban Kİ Moon Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşdükdən sonra Qahirəyə gedib.

Bu gün İsrailin paytaxtı Tel-Əvivdə avtobusun partladılması nəticəsində 17 adam yaralanıb.
Buna görə cavabdehliyi Həmas üzərinə götürüb.
XS
SM
MD
LG