Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası noyabrın 8-dən 20-ə qədər Bakıda səfərdə olub. Səfər ikin olaraq 2013-cü il fevral ayının sonuna planlaşdırılan IV Maddə üzrə növbəti Məsləhətləşmələr missiyasına hazırlıq məqsədilə həyata keçirilib. Görüşlərin sonunda BVF Azərban iqtisadiyyatı ilə bağlı tövsiyyələirini açıqlayır.

BVF nikbindir

BVF-in fikrincə, Azərbaycanın yaxın müddət üçün iqtisadi artım perspektivləri bütövlükdə əlverişlidir. Sənədə görə, dövlət xərclərindən geniş şəkildə qaynaqlanan qeyri-neft iqtisadiyyatının artım tempi 2013-cü ildə 8%-ə çata və neft hasilatında proqnozlaşdırılan azalmanı artıqlaması ilə kompensasiya edə bilər.

İflyasiya azalıb, arta bilər

BVF hesab edir ki, 12 aylıq inflyasiya son dövrdə enmişdir, lakin davamlı dövlət xərcləri və qlobal ərzaq qiymətlərinin bu yaxınlarda bahalaşmasının təsiri ilə əlaqəlidar olaraq 2013-cü ildə inflyasiya yüksələ bilər. Bu ilin sonunda inflyasiyanın 3, gələn il 6 faiz olması gözlənilir.

Makroiqtisadi sabitlik üçün təhlükə

Sənədə görə, qlobal və regional iqtisadi perspektivlərlə bağlı olan risklərin dinamikası azalmağa meyllidir, lakin geosiyasi vəziyyətlə əlaqədar olaraq dünyada neft təklifi ilə bağlı yüksələn risklər meydana çıxa bilər. və makroiqtisadi sabitliyi poza bilər

Qeyri-neft büdcəsinin kəsiri azaldılmalıdır

BVF bildirir ki, 2013-cü il üçün qeyri neft sektorunun kəsiri 40 faiz olacaq. Odur ki, hökumət neft gəlirlərini hesabına qeyri-neft sektorunda xərcləmələrə iqqətlə yanaşmalı və tədricən qeyri-neft kəsirini azaltmaq yolunu seçməlidir.

Büdcə-vergi çərçivəsini yenidən nəzərdən keçirərək xərclər və neftin cari qiymətləri arasındakı əlaqənin aradan qaldırılması və büdcə-vergi siyasətinin daha qabaqcadan gözlənilən və daha etibarlı edilməsi özəl investisiyaların stimullaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir. BVF neft gəlirlərinin idarə edilməsi və pensiya islahatları sahəsində texniki yardım göstəməyə hazırdır.

Pul siyasətini sərtləşdirmək lazım olacaq

“Dövlət xərcləri və kredit artımının son dövrdə sürətlənməsi nəticəsində tələblə bağlı təzyiqlər yaranarsa, Mərkəzi Bank pul siyasətini sərtləşdirməli olacaqdır. İqtisadi siyasət alətləri məhduddur, buna görə də məzənnənin daha çevik olması üçün şərait yaratmaqla faiz dərəcəsinin təsirinin ötürülməsi üçün mexanizmin gücləndirilməsi inflyasiya dəyişikliklərinə uzun müddət ərzində daha yaxşı nəzarət etməyə kömək edəcəkdir.”

Özəl banklarla bağlı yeni tələblər alqışlanır, amma…

“Minimum kapital tələbinin yüksəldilməsi qeyri-işlək kreditlər və kredit itkisi halları üçün nəzərdə tutulan ehtiyatlara dair yeni normativ aktların qəbul ediləcəyi təqdirdə alqışlanır.

Ancaq missiya təəssüf edir ki, bank sistemi üçün belə həlledici əhəmiyyətli bir zamanda BVF və Dünya Bankının Maliyyə Sektorunun Qiymətləndirilməsinə dair birgə Proqramının (FSAP) yenilənməsi yubadılır. Rəsmi orqanlar ilə razılaşdırılmışdır ki, FSAP 2014-cü ilin əvvəlində keçiriləcəkdir.”

BFV həmçinin bildirir ki, Beynəlxalq Bankın özəlləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Bankın yeni strategiyası bəlli olmadan bocrlanması arzuolunmazdır.

Yeni iqtisadi artım strategiyasının əsasları

BVF bildirir ki, “İxracı stimullaşdıra, iş yerləri yarada, diversifikasiyanı dəstəkləyə bilən və aparıcı qüvvəsi rəqabət qabiliyyətli özəl sektor olan qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün dərin struktur islahatları həlledici əhəmiyyət kəsb edəcəkdir.

Yeni gömrük məcəlləsinin tətbiqi və ÜTT-ə üzvlüyün yekunlaşdırılması və rəqabət üçün maneələrin məhdudlaşdırılması neftdən daha az asılı olan yeni iqtisadi artım strategiyasının hazırlanmasında əsas rol oynayacaqdır.”

XS
SM
MD
LG