Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:24
-

Yeni yaranan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxartmaq məqsədi ilə "Yeni nəfəs" adlı qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib.

İttifaqdan Trend-ə verilən məlumata görə, yaşı 35-ə qədər olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda bədii, sənədli və animasiya ssenarilərini, tərcümeyi-halı ilə birgə üç nüsxədə çap olunmuş şəkildə və elektron variantda 25 yanvar 2013-cü il tarixinə kimi müsabiqəyə təqdim edə bilər.

Qalib olacaq ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

QRAN PRİ 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulur)
Birinci yer - 2000 manat,
İkinci yer - 1500 manat,
Üçüncü yer - 1000 manat.


Təşkilatı və informasiya dəstəyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Space televiziyası, "Kaspi", "Mədəniyyət" və "Baku Post" qəzetləri, Trend və Day.az İformasiya Agentliyidir.
Müsabiqənin nəticələri 2013-cü ilin fevral ayında açıqlanacaq.

Ünvan : Bakı şəhəri, Moskva prospekti 10, Dövlət Film Fondu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG