Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

MTN: «215 min manatı mənimsəyən mütəşəkkil dəstə ifşa edilib»


Milli Təhlükəsizlik Nazirliyi (MTN)

Milli Təhlükəsizlik Nazirliyi (MTN)

-

Milli Təhlükəsizlik Nazirliyi (MTN) bildirir ki, külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan mütəşəkkil dəstəni ifşa edib.

Nazirliyin yaydığı məlumata görə, İlham CəfərovƏhliman Məmmədov Eyvaz Bayramov, Natiq Əsədov, Talıb Cabbarov, Samir Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar.

Müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunma adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, onların külli miqdarda əmlaklarını ələ keçiriblər.

Məlumatda deyilir ki, İlham Cəfərov və Əhliman Məmmədov 2011-ci ilin oktyabrında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi» adlı saxta təşkilat yaradıblar. Bir müddət sonra isə onların daha bir saxta qurum – «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu»nu yaratdıqları bildirilir.

MTN-nin məlumatına görə, mütəşəkkil dəstənin üzvləri qısa müddətdə vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.1, 178.2.2 və 178.3.2-ci (dəlduzluq, yəni mütəşəkkil dəstə tərəfindən təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddələri ilə cinayət işi başlanıb.

İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədov təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu, MTN-nin məlumatıdır. Məlumatda adıçəkilən şəxslərin ittihamlara münasibəti hələlik bəlli deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG