Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:29

Şeyxülislamdan İstanbulda səslənən təkliflər


-

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Avrasiya İslam Şurasının İstanbulda keçirilən zirvə toplantısında iştirak edir. QMİ-nin yaydığı məlumata görə, şeyxülislam toplantıda bir sıra təkliflər səsləndirib. Təkliflər haqda az sonra.

21 noyabr toplantısına sədrlik edən şeyxülislam məruzəylə çıxış edib. O, bəzi qüvvələrin din pərdəsi altında müxtəlif radikal hərəkətlərə yol verdiyini, vətəndaş qarşıdurması yaratmağa cəhd etdiyini və bununla da cəmiyyətlərdə dini təmayüllərin inkişafına ciddi zərbə vurduqlarını deyib.

Allahşükür Paşazadə məzhəb ayrı-seçkiliyinə yönələn zərərli dini cərəyanların təbliğinin qarşısının alınması üçün birgə səyləri davam etdirmənin vacibliyini də vurğulayıb.

Şeyxülislam Avrasiya İslam Şurasının tərkibində əlaqələndirici işçi qrupun və ya koordinasiya mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib. O, həmçinin aşağıdakı təklifləri verib:

- milli-mənəvi dəyərlərin və islami qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün qarşılıqlı görüşləri və beynəlxalq tədbirləri mütəmadi təşkil etmək;
- ali dini təhsil müəssisələri müəllim və tələbələrinin, habelə imam, axund və vaizlərin təcrübə mübadiləsini aparmaq;
- həcc mövsümündə müxtəlif təşkilati problemlərin həlli istiqamətində dini qurumlar arasında qarşılıqlı yardımlaşma;
- Avrasiya İslam Şurasına daxil olan dini qurumların müştərək mətbu orqanını, internet saytını, telekanalını yaratmaq.
XS
SM
MD
LG