Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

Təl-Əvivdə avtobus partladılıb


Bu gün İsrailin paytaxtı Təl-Əvivdə avtobus partlayıb. Azı 15 adam yaralanıb. Onlardan 3-ün vəziyyəti ağırdır.

İsrail radiosunun xüsusi xidmət orqanlarına istinadən verdiyi məlumata görə, hadisə terror aktı nəticəsində baş verib.

İsraildən Qəzzaya hava zərbələri, Qəzzadan isə İsrailə raket zərbələri endirilir.

7 gündür İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölən fələstinlilərin sayı 135-i keçib. İsrail tərəfdən 5 adam ölüb. Onlardan biri hərbçidir.

Bölgədə Misirin vasitəçiliyi ilə atəşkəs ola biləcəyi ehtimalı olsa da axşam İsrail hava zərbələrini davam etdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG