Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31
-

«İran Arazın suyunun Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyirsə, mövzunu Azərbaycanla birgə müzakirə etməlidir».

APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov verib.

Nazir bildirib ki, ölkələrlə aparılan müzakirə nəticəsində yekdil qərar qəbul edilə bilər. Hüseyn Bağırovun sözlərinə görə, Azərbaycanın bununla bağlı İranla müqaviləsi var:

«Müqavilədə bir qayda olaraq ekoloji norma saxlanılır. Suyun çayda öz bioloji həyatı var və hər bir ölkə ordan hansı ehtiyaclar üçün su götürə biləcəyini müəyyənləşdirib. Bundan əlavə, müqavilədə gələcəkdə çayın üzərində hansı qurğuların qurula bilməsi, bu prosesin hansı prinsiplərə əsaslanmalı olduğu, ölkələrlə hansı prinsiplərin razılaşdırılması öz əksini tapıb».

URMİYA GÖLÜNÜN 70 FAİZİ QURUYUB

Hüseyn Bağırov deyib ki, Azərbaycan hökumətinə rəsmi müraciət edilərsə, məsələnin ekoloji cəhətləri ilə yanaşı, siyasi, iqtisadi tərəfləri də kompleks şəkildə təhlil oluna bilər. Nazirin fikrincə, yalnız bundan sonra hər kəsi qane edən yekun nəticəyə gəlmək olar.

Urmiya gölünün 70 faizi quruyub və hektarlarla ərazi şoranlaşıb. Bu yaxınlarda İran hökuməti Urmiyanın qurumasının qarşısını almaq üçün Araz çayının suyunun gölə yönləndirilməsini nəzərdə tutduğunu bildirib.

BMT oktyabrda bu gölün bərpası üçün 135 milyon dollar ayırıb.

İranda yaşayan azərbaycanlılar dəfələrlə gölün qurumasına etiraz olaraq aksiyalar keçiriblər, həbs edilənlər olub. Onlar iddia edirlər ki, hökumət gölün qurumasına bu bölgədə yaşayan azərbaycanlıları pərən-pərən salmaq üçün göz yumur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG