Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:51

Görəsən bu sükut çoxmu çəkəcək?


Mətbuat icmalı
Mətbuat icmalı
-

AZƏRBAYCANI ƏMƏLİYYATLARA VADAR EDƏ BİLƏRLƏR?

«Zerkalo»nun bu günkü manşeti belədir: «Qarabağ reallıqları və Qarabağın «tanınması». Qəzet yazır ki, Azərbaycanı tam miqyaslı hərbi əməliyyatlara vadar edə bilərlər.

SÜKUT ÇOXMU ÇƏKƏCƏK?

«Azərbaycan» qəzetində baş redaktor və deputat Bəxtiyar Sadıqov yazır: «Beynəlxalq təşkilatlar isə Avropadakı aksiyalar zamanı iştirakçıların əzilməsini görsələr də susurlar! Görəsən bu sükut çoxmu çəkəcək? Əslində susmaq ikili standartların əyani təsdiqi anlamında qəbul edilir».

YAP-A GƏLƏN TƏBRİKLƏR

«Yeni Azərbaycan» qəzeti bu günlərdə yaranmasının 20 illiyini qeyd edən hakim Yeni Azərbaycan Partiyasına gələn təbrikləri dərc edib. «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır».

KORRUPSİYA QURBANI...

«Azadlıq»a danışan hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun zəlzələ bölgəsində verdiyi vəd doğru deyil. Onun sözlərinə görə, fəlakət bölgəsinə ayrılan vəsaitin üçdə biri korrupsiyanın qurbanı olub.

İDEOLOGİYAYA DÖVLƏT STATUSU VERMƏK CƏHDİ

Hüquq elmləri doktoru, professor İlham Rəhimov «Yeni Müsavat»da «Bizə milli ideologiya lazımdırmı» sualına cavab axtarır. Onun fikrincə, ideologiyaya dövlət statusu vermək cəhdi fəlakətli nəticələr doğura bilər. «Çünki son nəticədə biz yenidən imtina etdiyimiz ideolojiləşdirilmiş cəmiyyət əldə edəcəyik».

BU MÖVSÜMDƏ İŞSİZLƏR ARTIB

«Bizim yol» yazır: «Toy mövsümü bitdi: on minlərlə insan işsiz qaldı. Sahibkarlar, xidmət sektorunda çalışanlar, ərzaq, geyim istehsalçıları gələn ilə qədər gözləmək məcburiyyətindədirlər». Qəzetə danışan dinşünas və iqtisadçılar müqəddəs aylarda toy olmamasını absurd adlandırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG