Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Clinton Netanyahu ilə görüşüb


ABŞ dövlət katibi Hillary Clinton İsraildə baş nazir Benjamin Netanyahu ilə görüşüb.
Clinton ABŞ-ın İsraili dəstəklədiyini, Qəzzadan İsrailə atılan raket hücumlarının dayandırılmasının vacib olduğunu bildirib.

Clinton ABŞ-ın İsrail və Qəzzada sülhün bərqərar olması üçün çalışdığını da deyib.
7 gündür İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölən fələstinlilərin sayı 135-i keçib. İsrail tərəfdən 5 adam ölüb. Onlardan biri hərbçidir.

Bölgədə Misirin vasitəçiliyi ilə atəşkəs ola biləcəyi ehtimalı olsa da axşam İsrail hava zərbələrini davam etdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG