Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

İngiltərə Suriya müxalifət koalisiyasını tanıdı


İngiltərə xarici işlər naziri William Hague Suriyanın müxalifət koalisiyasını Suriya xalqının yeganə təmsilçisi kimi tanıdıqlarını bildirib.

Hague parlamentdəki çıxışında bildirib ki, Suriya İnqilabı və Müxalifət Qüvvələri Milli Koalisiyası Assad rejiminə alternativdir.

William Hague Suriya müxalifətindən İngiltərəyə nümayəndə göndərmələrini istəyəcəklərini və rabitə cihazları üçün 1,6 milyon funt sterlinq yardım göstərəcəklərini də bildirib.

Suriyalı müxaliflər noyabrın əvvəlində Qətərin paytaxtı Dohada Suriya İnqilabı və Müxalifət Qüvvələri adlı koalisiya yaradıb. Şeyx Moaz al-Khatib koalisiyanın rəhbəri təyin olunub.

Bu günə qədər bu koalisiyanı Fransa, Türkiyə və 6 körfəz ölkəsi tanıyıb.
XS
SM
MD
LG