Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:39

Moskvada "killer" olmaqda ittiham edilən azərbaycanlı tutulub


Moskvada dörd nəfəri öldürməkdə şübhəli bilinən azərbaycanlı killer yaxalanıb.

APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi saxlanan şəxsin çoxlu sayda ağır və xüsusilə ağır cinayətlər törətmiş beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu bildirir.

Saxlanan şəxs “Axsaq Nazim” ləqəbli 43 yaşlı Azərbaycan vətəndaşıdır, o dörd nəfəri sifarişlə qətlə yetirmək ittihamı ilə federal axtarışda olub. Məxfi həyat tərzi keçirən şəxs daim yaşadığı ünvanları dəyişib və saxta pasportlardan istifadə edib.

Onun qrupuna daxil olan şəxslərin Moskva, Peterburq şəhərlərində, Moskva və Leninqrad vilayətlərində bir sıra sifarişli qətllərdə iştirakı güman olunur.

Saxlanan şəxsin üzərində “TT” tapançası, “Makarov” tapançasının dolu sandıqçası, Azərbaycan vətəndaşının adına saxta pasport götürülüb.

XS
SM
MD
LG