Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Polşada Breiviklə əladə olub siyasi terror hazırlayanı həbs ediblər


Polşa siyasi liderlərinə hücum hazırlamaq ittihamı ilə tutulan şəxslə Norveçdə 77 nəfəri öldürdüyü üçün həbs edilən Anders Behring Breivik ilə əlaqəli imiş.

Polşanın Baş naziri Donald Tusk deyib ki, həmin şəxs Breivikdən ilhamlanıbmış və Breivikin xaricdəki kontaktlarını araşdırmaq şübhəlinin həbsində hüquq-mühafizə orqanlarına yardım edib.

Noyabrın 20-də prokurorlar bildiriblər ki, Krakov Universitetində çalışan şübhəli şəxs Prezident, Baş nazir və deputatlarında olduğu vaxt parlament qarşısında 4 tonluq partlayıcı yüklü maşını partlatmağı planlaşdırırmış.
XS
SM
MD
LG