Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:54

V.Talıbov: «Naxçıvanda baytarlıq təbabətinin inkişafı hərtərəfli qayğı ilə əhatə olunub»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 7 sentyabr 2012. sayı: 169 (20.574)


BAYTARLIQ XİDMƏTİNİN SƏVİYYƏSİ YÜKSƏLDİLİR

Muxtar respublikada baytarlıq xidmətinin səviyyəsini yüksəltmək məqsədilə son illər həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Regionda bu vacib sahənin vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar bu il fevralın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilmiş səyyari müşavirə bu sahəyə böyük önəm verilməsinin ifadəsidir. İyulun 24-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin sədri demişdir:

«Əhalinin sağlam və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təchiz olunması üçün son illər muxtar respublikada baytarlıq təbabətinin inkişafı hərtərəfli qayğı ilə əhatə olunub. Bu qayğıya cavab olaraq Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə etməli, profilaktik tədbirləri gücləndirməli, heyvanlar arasında xəstəliklərin qarşısının alınması, onların cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir. Heyvanların, xüsusilə son illər muxtar respublikaya gətirilən yüksək məhsuldarlıqlı cins mal-qaranın saxlanma şərtləri, onların zootexniki qaydalara müvafiq bəslənməsi ilə bağlı heyvandarlar arasında maarifləndirmə tədbirləri gücləndirilməlidir».

VETERANLAR ŞURASININ KONFRANSI KEÇİRİLİB

...Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev veteranlara həmişə xüsusi qayğı göstərib, onların əməyini, qəhrəmanlıqlarını yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 aprel 2012-ci il tarixdə «1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə» Sərəncam imzalayıb. Bu da ölkənin digər veteranları kimi, Kəngərli rayonunun veteranları tərəfindən də minnətdarlıq hissi ilə qarşılanıb.
O da vurğulanıb ki, rayonun veteran sakinləri bu gün də ictimai həyatda fəallıq göstərir, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün əllərindən gələni əsirgəmirlər. Hərtərəfli qayğı ilə əhatə olunan veteranlardan 14 nəfəri Bakı şəhərində sanatoriya və kurortlara göndəriliblər. Məhdud fiziki imkanlı veteranlardan 13 nəfəri minik maşını ilə təmin edilib, onlardan 7 nəfəri ikinci dünya müharibəsi iştirakçılarıdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Payız – qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib

- «Sirab» Avropa bazarlarına çıxarılacaq

- «Mətbuatda yaşayan işıq»

Şərhləri göstər

XS
SM
MD
LG